Moskva vilayəti Dolqoprudnıy şəhər Müharibə Veteranları Şurası faşistlərlə işbirliyində olan Qaregin Njdenin Qarabağdakı heykəlilnin demontajı məqsədilə Rusiya federal hökumətinə müraciət edib.
Yenisabah.az xəbər verir ki, bu barədə ümumrusiya antifaşist resursu olan stopfashizm.ru portalı məlumat yayıb.
Məlumata əsasən, müvafiq müraciət Rusiya XİN və Müdafiə Nazirliyinə ünvanlanıb. Müraciətdə faşizm üzərində qələbənin keçmiş SSRİ xalqlarını birlərşdirən bir hadisə olduğu önə çəkilib və nasizm təəsübkeşi Njdenin abidəsinin məhz Qarabağdakı Rusiya sülhməramlılarının cavabdehliyi bölgəsində olmasının yolverilməzliyi bildirilib. Marqarita pizza
Bununla yanaşı, Şura bütün Rusiya veteranlarına üz tutuaraq, bu müraciəti dəstəkləməyi xahiş edib.
/Oxu.az
Telegram kanalımız