Rusiya “Vikipediya”nı 1,5 milyon rubl cərimələdi 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya “Vikipediya”nı 1,5 milyon rubl cərimələdi 

Maraqlı

20 Aprel 2023 14:06 668


Rusiya məhkəməsi "Vikipediya" xidmətini cərimələyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. 

Bildirilir ki, Ukraynadakı müharibə ilə bağlı məqaləni silmədiyinə görə "Vikipediya" 1,5 milyon rubl (18,400 dollar) məbləğində cərimələnib. Söhbət 2022-ci ilin fevral-mart aylarında Ukraynanın Sumı vilayətində yerləşən Axtırka bölgəsi uğrunda gedən döyüşlərdən bəhs edən məqalədən gedir. Məqalədə "Amnesty" hüquq müdafiə təşkilatına istinadla Rusiya ordusunun hərbi cinayətlər törətdiyi diqqətə çatdırılıb.  pizza hut

Qeyd edək ki, "Vikimedia" baş ofisi ABŞ-da yerləşən qeyri-kommersiya təşkilatıdır. Təşkilatın "Vikipediya" və "Vikilüğət" kimi xidmətləri mövcuddur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!