Rusiya vurulacaq: SON XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Rusiya vurulacaq: SON XƏBƏRDARLIQ

Dünya

26 Sentyabr 2025 09:33 7558


Avropa diplomatları Kremlə gizli şəkildə xəbərdarlıq ediblər ki, NATO artıq öz hava məkanında Rusiyanın təxribatlarına dözməyəcək və hava sərhədini pozan rus təyyarələrini vuracaq.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, bu həftə Moskvada gərgin görüş keçirilib və həmin görüşdə Böyük Britaniya, Fransa və Almaniyanın nümayəndələri keçən həftə Estoniyanın hava məkanına üç MiQ-31 qırıcı təyyarəsinin daxil olması ilə bağlı narahatlıqlarını bildiriblər. Adlarının açıqlanmasını istəməyən rəsmilərin sözlərinə görə, danışıqlardan belə təəssürat yaranıb ki, Rusiya hərbi təyyarələrinin NATO hava məkanını pozması pilotların özbaşına addımı deyil, məhz komandanlığın əmri ilə həyata keçirilib. pizza sifarişi

Xüsusilə bildirilir ki, Moskva görüşü zamanı rusiyalı diplomat avropalılara Estoniya hava məkanının pozulmasının Ukraynanın Krıma endirdiyi zərbələrə cavab olduğunu deyib. Kreml hesab edir ki, bu hücumlar NATO-nun dəstəyi olmadan mümkün olmazdı, buna görə də rus rəsmilərinin sözlərinə görə, Moskva özünü Avropa ölkələri ilə qarşıdurmaya cəlb olunmuş hesab edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!