Rusiya Xarici İşlər Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Xarici İşlər Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı

Siyasət

13 İyul 2020 14:32 869


Rusiya Xarici İşlər Nazirliyi 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatlığını keçirir.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Daxil olan məlumatlara görə, hərbi əməliyyatlar davam edir, artilleriyadan istifadə olunur, ölən və yaralananlar var. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Sezar pizza

Bölgənin təhlükəsizliyini təhdid edən eskalasiyanın yolverilməz olduğunu düşünürük. Tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq.

Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi vəziyyətin sabitləşməsi üçün lazımi köməkliyi göstərməyə hazırdır", - deyə bəyanatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!