Moskva İranın nüvə probleminin diplomatik yolla həlli lehinə siqnallara diqqət yetirir.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, bu vəziyyətdə güc tətbiqi qəbuledilməzdir: pizza
“Son günlər diplomatik nizamlanmaya doğru irəliləyiş perspektivləri ilə bağlı eşidilən siqnallar, fikrimizcə, diqqətə layiqdir”.
Diplomatın vurğuladığı kimi, İrana dair gərginliyin azalmasına gətirib çıxara biləcək istənilən təmaslar alqışlana bilər və alqışlanmalıdır:
"Bir daha təkrar edirəm ki, İranın rəqiblərinin öz məqsədlərinə çatmaq üçün hərbi gücdən istifadə etməsi qeyri-qanuni və qəbuledilməzdir".
Telegram kanalımız