Rusiya XİN: İranla hərbi ittifaqımız yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN: İranla hərbi ittifaqımız yoxdur

Dünya

08 Aprel 2025 15:01 211


İranla strateji tərəfdaşlıq sazişi iki ölkə arasında hərbi ittifaq deyil.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Vurğulamaq istərdim ki, sazişin bağlanması İranla hərbi ittifaqın yaradılması demək deyil və bir-birinə hərbi yardımın göstərilməsini nəzərdə tutmur”, - o, Dövlət Dumasında İranla strateji tərəfdaşlıq haqqında sazişin ratifikasiyası zamanı çıxış edərkən deyib. pizza sifarişi

Rudenko “Rusiya və ya İrana hücum edildiyi halda təcavüzkara hərbi və ya digər yardımın göstərilməməsi haqqında”, habelə “BMT Nizamnaməsi və beynəlxalq hüququn digər normaları əsasında yaranan fikir ayrılıqlarının həllinə yardım haqqında” 3-cü maddəni xatırladıb.

Nazir müavini bildirib: "Müqavilə Yaxın Şərqdə sabitləşdirici rol oynamaq üçün nəzərdə tutulub, Rusiya və İrana qonşu olan Xəzər, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında təhlükəsizliyin qorunmasına kömək edəcək və Avrasiyanın yeni təhlükəsizlik arxitekturasının qurulmasına müsbət töhfə verəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!