Aprelin 18-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, parlament sədrinin müavini Ruben Rubinyan arasında telefon danışığı olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Rusiya tərəfi Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşması Cənubi Qafqazın sabitliyi və davamlı inkişafı üçün mühüm amil olduğundan, Yerevan və Ankara arasında ümumi əsasların axtarışını asanlaşdırmağa davam etməyə hazır olduğunu təsdiqləyib. pizza sifarişi
Rubinyan Ermənistan və Türkiyə arasında normallaşma sahəsində son hadisələr barədə məlumat verib.
Rusiya-Ermənistan münasibətlərinin bir sıra məsələləri, o cümlədən Cənubi Qafqaz regionunda, o cümlədən 3+3 Regional Əməkdaşlıq Platforması (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, İran, Türkiyə) çərçivəsində qarşılıqlı fəaliyyət müzakirə olunub.
Telegram kanalımız