Rusiya XİN: “Laçın dəhlizi məsələsi üçtərəfli sənədə əsasən həll edilməlidir“

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN: “Laçın dəhlizi məsələsi üçtərəfli sənədə əsasən həll edilməlidir“

Rəsmi

11 Avqust 2022 13:46 1001


"Laçın dəhlizinə dair yaranmış vəziyyət Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 6-cı bəndi əsasında həll edilməlidir".

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev brifinq zamanı deyib.

Onun sözlərinə görə, üçtərəfli bəyanatın 6-cı bəndində nəzərdə tutulub ki, tərəflərin razılığı ilə Ermənistanla Dağlıq Qarabağ arasında əlaqəni təmin edən Laçın dəhlizi ilə yeni nəqliyyat marşrutunun tikintisi üzrə plan yaxın 3 ildə müəyyən ediləcək. Həm də bu marşrutu qorumaq üçün Rusiya sülhməramlı kontingentinin yenidən yerləşdirilməsi şərti ilə. Marqarita pizza

Diplomat bildirib ki, regiondakı vəziyyət Rusiyanın diqqət mərkəzində qalır.

Neçayev xatırladıb ki, avqustun 4-də Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb və hər iki ölkəni təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırıb.

"Rusiya bütün məsələlərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarına uyğun olaraq həll edilməsinin zəruriliyini bir daha təsdiqləyir”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!