Rusiya XİN müavinindən Qarabağ açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN müavinindən Qarabağ açıqlaması

Dünya

16 İyul 2020 14:15 1410


“Rusiya Ermənistanla Azərbaycan arasındakı mövcud gərginliyin aradan qaldırılması üçün hər fürsətdən istifadə edəcək”. 

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko TASS-ın Baş direktoru Mixail Qusmana verdiyi geniş müsahibədə bildirib. 

O əlavə edib ki, yalnız mövcud gərginliyi deyil, bütövlükdə Ermənistan və Azərbaycan arasında normal münasibətlərin qurulması üçün Rusiya diplomatiyasının bütün imkanlarından istifadə ediləcək. “Rusiyanın belə imkanları var, biz onlardan dəfələrlə istifadə etmişik. Əminəm ki, bütün imkanlarımız istifadə ediləcək ", - deyə o vurğulayıb. pizza sifarişi

Nazir müavini bildirib ki, indi bütün beynəlxalq ictimaiyyətin əsas vəzifəsi Azərbaycan və Ermənistan sərhədində baş verənləri tez bir zamanda dayandırmaqdır. "Bu baxımdan, həm də Minsk Qrupuna daxil olan dövlətlərin balanslı mövqeyi çox vacibdir və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yaradılmış Minsk qrupu daha çox dövləti özündə birləşdirir, nəinki  üç həmsədri. Həmin regionla sərhəd ölkələri maksimum balans, məsuliyyət və təmkin nümayiş etdirməlidirlər”, - deyə Rudenko əlavə edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!