Rusiya tərəfi “Tramp yolu” təşəbbüsünün parametrləri ilə bağlı İrəvanla məsləhətləşmələrə hazırdır.
"Yeni Sabah" RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya XİN-in MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mixail Kaluqin bildirib.
Onun sözlərinə görə, erməni-amerikan layihəsinin təfərrüatları hələ öyrənilməlidir, lakin Moskva həm təşəbbüsün məzmununu, həm də Rusiyanın mümkün iştirakını müzakirə etməyə hazırdır. pizza hut
Kaluqin qeyd edib ki, “bunun üçün kifayət qədər əsaslar var”.
Diplomat vurğulayıb ki, bu, mahiyyət etibarı ilə üçtərəfli işçi qrupu çərçivəsində əvvəllər razılaşdırılmış marşrutun bir hissəsinə aiddir.
"Rusiya Dəmir Yollarının törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolları” şirkətimiz Ermənistanın dəmir yolu şəbəkəsini idarə etmək üçün konsessiyaya malikdir. Region Rusiya dəmir yolundan istifadə edir. Marşrut əsasən sərhədçilərimizin məsuliyyət zonasından keçəcək", - Kaluqin qeyd edib.
O, sonda Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünə işarə edərək, Rusiyanın iştirakı olmadan təşəbbüsün həyata keçirilməsinin çətin olacağını vurğulayıb.
Telegram kanalımız