Rusiya XİN: Üçtərəfli razılaşmaların həyata keçirilməsinə dair səylər göstərəcəyik

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN: Üçtərəfli razılaşmaların həyata keçirilməsinə dair səylər göstərəcəyik

Siyasət

13 Dekabr 2024 09:38 428


Rusiya Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün mümkün olan hər şeyi edir və edəcək.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

O, 2020-2023-cü illərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının əhəmiyyətini vurğulayıb: pizza sifarişi

"Moskva Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinin, sülh sazişinin imzalanmasının, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarı olaraq qalır. Həmçinin, Azərbaycan-Ermənistan sərhədinin tezliklə delimitasiya və demarkasiyasının, eləcə də Bakı və İrəvan arasında əlaqələrin artıq yeni əsasda hərtərəfli inkişafının tərəfdarıyıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!