Rusiya Zaporojyeni raketlə VURDU: Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Zaporojyeni raketlə VURDU: Ölən və yaralananlar var

Dünya

16 Sentyabr 2025 09:20 319


Sentyabrın 16-na keçən gecə Rusiya qoşunları Zaporojye şəhərinə raket zərbələri endirib.

Yenisabah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hücum nəticəsində 1 nəfər həlak olub, ikisi uşaq olmaqla 13 nəfər yaralanıb.

“Xəsarət alan 4 və 17 yaşlı uşaqlar həkim nəzarətindədir. Təəssüf ki, 41 yaşlı bir kişi həyatını itirib”, – Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fedorov bildirib. Dördpendirli pizza

Partlayışdan sonra təxminən 350 kvadratmetr sahədə üç yaşayış binasında yanğın başlayıb. Həmçinin dayanacaqda olan iki yük maşını və 600 kvadratmetr sahədə yerləşən xidmət stansiyası da alovlanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!