Rusiya Zəngəzurda yeni hərbi baza yaratdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Zəngəzurda yeni hərbi baza yaratdı - Foto

Rəsmi

10 Mart 2021 09:48 3011


Ermənistanın cənub-şərqində, Sünik vilayətinin (Zəngəzur) Sisyan şəhərinin ətrafında yeni Rusiya hərbi bazasının yerləşdirildiyi barədə fotolar yayılıb. Virtualaz.org xəbər verir ki, həmin fotoları avia.pro adlı Rusiya saytı yayıb. 

Fotolara əsasən obyektdə Rusiya Hava Kosmik Qüvvələrinin vertolyotları yerləşdirilib, Rusiya və Ermənistan bayraqları asılıb. Sayta məlumat verən mənbələr orada bir neçə yüzə qədər Rusiya hərbçisinin də yerləşdirildiyini deyiblər.

Ermənistanda ikinci Rusiya hərbi bazasının yerləşdirilməsi barədə bu günlərdə müdafiə naziri Vaqarşak Arutyunyan danışmışdı. O bildirmişdi ki, 102-ci Rusiya bazasının genişləndirilməsi və onun qüvvələrinin bir hissəsini ölkənin cənubunda, Sünik vilayətində yerləşdirmək barədə müzakirələr gedir. pizza sifarişi

Hələlik yayılmış fotolara dair Ermənistan tərəfinin rəsmi açıqlamaları yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!