Rusiyada ağır avtoqəza nəticəsində 6 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada ağır avtoqəza nəticəsində 6 nəfər öldü

Hadisə

29 Avqust 2021 23:52 1525


Rusiyanın Stavropol diyarının Georgiyevsk şəhərində üç minik avtomobili və yük maşınının toqquşması nəticəsində 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, hadisə Podqornoye kəndi yaxınlığında, Mineralnıye Vodı - Koçubey avtomobil yolunda baş verib.

Qəza nəticəsində xəsarət alan uşaqdır, o, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir. Onun regional xəstəxanaya aparılması məsələsi həll olunur. pizza sifarişi

Hadisənin səbəbləri araşdırılır. Bölgədəki yol polisindən verilən məlumata görə, “Honda Prestige” markalı avtomobilin sürücüsü ötmə əməliyyatı zamanı qarşı hərəkət zolağına çıxıb və bu zaman avtomobil “Lada Niva”, “Toyota Corolla” markalı minik avtomobilləri və “Suzuki” markalı yük maşını ilə toqquşub./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!