Rusiyada ağır yol qəzası:   10 ölü, 14 yaralı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada ağır yol qəzası: 10 ölü, 14 yaralı

Hadisə

29 Yanvar 2021 22:50 777


Rusiyanın Samara vilayətində baş vermiş yol qəzası nəticəsində 10 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.

“Ölənlər və xəsarət alanlar arasında azyaşlılar yoxdur. Avtobusda bir uşaq olub. O sağ-salamatdır”, - deyə komitədən bildirilib. pizza hut

İlkin məlumatlara görə, qəzaya səbəb avtobusun ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Hazırda FHN əməkdaşları xəsarət alanlara və ölənlərin ailələrinə psixoloji yardım göstərir.

Qeyd edək ki, qəza zamanı DAF yük maşını, “Citroen” mikroavtobusu və “Chevrolet Niva” minik avtomobili toqquşub.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!