Rusiyada ağır yol qəzası - 5 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada ağır yol qəzası - 5 nəfər öldü

Hadisə

27 Avqust 2023 10:23 419


Rusiyanın Xabarovsk diyarında “KAMAZ”ın aşması nəticəsində 5 nəfər ölüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin saytında məlumat verilib.

“İlkin məlumatlara görə, “KAMAZ” markalı avtomobilin Albazindən Xarpiçan kəndi istiqamətində hərəkətdə olan 1978-ci il təvəllüdlü sürücüsü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb”, - məlumatda bildirilib. pizza

Avtomobildəkilər rayon müəssisələrindən birinin işçiləri olub. Qəza nəticəsində sürücü və 4 sərnişini (1968, 1978, 1989, 1992-ci il təvəllüdlü) təcili yardım gələnə kimi ölüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!