Rusiyada atışma: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada atışma: Xəsarət alanlar var

Maraqlı

06 Fevral 2022 22:02 935


Rusiyanın Həştərxan vilayətində kafedə münaqişə zamanı 4 nəfər güllə yarası alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Daxili İşlər Nazirliyinin region üzrə nümayəndəsi bildirib.

Onun sözlərinə görə, bazar günü Nərimanov rayonundakı xəstəxanadan polisə 4 nəfərin güllə yarası ilə gətirilməsi barədə məlumat verilib. Hadisə yerinə əməliyyat-istintaq qrupu göndərilib. Dördpendirli pizza

Polis kafedə spirtli içki qəbul etmiş 7 yerli sakin arasında münaqişənin olduğunu müəyyənləşdirib.

"Dörd iştirakçı həyati təhlükəsi olmayan güllə yarası alıb", - Daxili İşlər Nazirliyinin sözçüsü bildirib. Zərərçəkənlərə tibbi yardım göstərilib.

Cinayət-axtarış şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. O özü də insident zamanı xəsarət alıb. Dava iştirakçılarından iki tapança götürülüb.

Polis hadisənin başvermə şəraitini müəyyən edir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!