Rusiyada avtomobillərin məcburi texniki baxışı ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada avtomobillərin məcburi texniki baxışı ləğv edildi

Rəsmi

30 Dekabr 2021 22:14 815


Rusiya Prezidenti Vladimir Putin avtomobillərin məcburi texniki baxışdan keçirilməsini ləğv edib.

Yenisabah.az xəbər verir ki, Putinin imzaladığı sərəncama əsasən, ölkə vətəndaşların mülkiyyətində olan və onların yalnız öz ehtiyacları üçün istifadə etdikləri nəqliyyat vasitələri və motosikletlər texniki baxışdan azad ediləcək.

Lakin bu, taksi və sərnişinlərin daşınması üçün istifadə olunan, habelə biznes məqsədləri üçün istifadə olunan şəxsi avtomobillərə şamil edilməyəcək. Dominos pizza

Bundan əlavə, istehsal tarixi 4 ildən yuxarı olan avtomobil və motosikletlər satıldıqda, həmçinin, qeydiyyata alındıqda, yaxud nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edildikdə icbari texniki baxışdan keçmək məcburi olacaq./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!