Moskva və Rusiyanın digər şəhərlərində Azərbaycanın xəbər agentliklərinin saytlarına giriş ilə bağlı problemlər yaranıb.
Yenisabah.az xəbər verir ki, belə problemlər Moskva, Həştərxan, Volqoqrad, Sankt-Peterburq, Voloqda, Çelyabinsk və digər regionlarda mövcuddur.
Xüsusilə, WiFi və mobil internet vasitəsilə “Global Media Group”un – “Report.az”, “Oxu.az”, “Caliber.az” saytlarına giriş yoxdur. Digər xəbər portallarının saytlarına girişlə bağlı problemlər yaşanır. Pepperoni pizza
Qeyd edək ki, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov saytımıza açıqlamasında bu nünansı xüsusi ilə vurğulamışdı. O, Rusiya tərəfinin Azərbaycan saytlarını öz ərazisində bloklama ehtimalının mümkünlüyünü bildirmişdi.
Telegram kanalımız