Rusiyada azərbaycanlı tələbənin öldürülməsi ilə bağlı cinayət işi nəzarətə götürüldü   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada azərbaycanlı tələbənin öldürülməsi ilə bağlı cinayət işi nəzarətə götürüldü - RƏSMİ

Kriminal

15 İyun 2020 13:32 1351


Rusiyada azərbaycanlı tələbənin öldürülməsi ilə bağlı cinayət işi başlanılıb.

Yenisabah.az Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə istinadən xəbər verir ki, 13 iyun 2020-ci il tarixində Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan Respublikasının vətəndaşı Timur Valeri oğlu Qavriilovun qətlə yetirilməsi ilə bağlı məlumat Səfirliyə daxil olan kimi səfirlik tərəfindən dərhal Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinə rəsmi məktub göndərilib.

Bundan əlavə cari ilin 14 iyun tarixində Səfirlik mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinin müstəntiqləri ilə əlaqə saxlayıb. pizza sifarişi

Bildiririk ki, hadisə ilə bağlı cinayət işi başlanılıb və məsələ Səfirliyin ciddi nəzarəti altındadır.

İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat verilicəkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!