Rusiyada azərbaycanlının qətlinə görə məhkum edilən Arman Arakelyan Ermənistana təhvil verildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada azərbaycanlının qətlinə görə məhkum edilən Arman Arakelyan Ermənistana təhvil verildi

Kriminal

14 Mart 2021 20:33 1018


Rusiyada azərbaycanlını öldürərək 18 il azadlıqdan məhrumetmə cəzası alan Arman Arakelyan dünən Ermənistana təhvil verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Qatil artıq həbs müddətinin 6 ilini Rusiyanın Murmansk həbsxanasında keçirib. pizza

Qeyd edək ki, 2015-ci ilin sentyabrın 15-də mərhum azərbaycanlının həyat yoldaşı onun itkin düşməsilə bağlı polisə müraciət edib.

İlkin məlumatlara əsasən, hələ sentyabrın 14-də zərərçəkənlə iki erməni – Arman Arakelyan və Hayk Tadevosyan arasında münaqişə yaşanıb.

Ermənilər həmyerlimizi avtomobilin yük hissəsinə qoyaraq, boş sahəyə aparıblar. Məhz həmin sahədə onun sinə və qarın nahiyəsinə bıçaq zərbələri endirilib.

Sonra isə cəsəd basdırılaraq, avtomobil yandırılıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!