Rusiyada badamcıqları çıxarılan 20 yaşlı azərbaycanlı öldü

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada badamcıqları çıxarılan 20 yaşlı azərbaycanlı öldü

Hadisə

29 Avqust 2024 16:06 616


Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı gənc əməliyyatdan sonra ölüb. 

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Dunay prospektində yerləşən özəl klinikalardan birində baş verib. Xəstə badamcıqlarının çıxarılması əməliyyatından sonra dünyasını dəyişib. 

Bu barədə tibb müəssisəsinin administratoru polisə müraciətində bildirib. O, klinikada hadisə olduğunu deyib. Müəyyən edilib ki, 20 yaşlı oğlanın badamcıqları kəsilib.  Toyuqlu pizza

Ölümün səbəbini müəyyən etmək üçün meyit məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib. 

İstintaq Komitəsi araşdırma aparır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!