Rusiyada baş verən faciə terror aktı kimi araşdırılır

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada baş verən faciə terror aktı kimi araşdırılır

Dünya

01 İyun 2025 12:54 374


Bryansk və Kursk vilayətlərində körpülərin partladılması ilə bağlı cinayət işləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin terror aktları maddəsi ilə araşdırılır.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Bundan əvvəl Bryansk vilayətinin Vıqoniçski rayonunda avtomobil körpüsünün dağıldığı bildirilmişdi. Klimov-Moskva marşrutu ilə hərəkət edən 86 saylı sərnişin qatarının lokomotivinin və vaqonlarının relsdən çıxmasına səbəb olub. Hazırda 7 nəfərin öldüyü, 69 nəfərin yaralandığı məlumdur. pizza mizza

Gecə saatlarında Kursk vilayətinin Jeleznoqorsk rayonunda dəmir yolu körpüsü yük qatarı ilə hərəkət edərkən uçub. Qatarın bir hissəsi yola düşüb, maşinistlərdən biri ayağından xəsarət alıb, bütün lokomotiv heyəti xəstəxanaya çatdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!