Rusiyada bazar sahibləri arasında atışma: Akif Şıxəliyev həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada bazar sahibləri arasında atışma: Akif Şıxəliyev həbs edildi

Kriminal

08 Fevral 2021 10:18 1766


Krasnoyarsk polisi "Luç" bazarının Azərbaycandan olan direktoru Akif Şıxəliyevi həbs edib.

“Yeni Sabah” bildirir ki, bu barədə Rusiya KİV-ləri yazıb. Krasnoyarsk polisi mətbuat xidmətinin məlumatına görə, fevralın 5-də Şaxtaçılar küçəsi ərazisində atışma baş verib. Hadisə yerinə gələn polis və “Rosqvardiya”nın əməkdaşları müəyyən ediblər ki, bir kişi ov silahından atəş açıb. Xəsarət alanlar yoxdur.

Polislər münaqişə iştirakçılarının hamısını saxlayıblar. Onun təşəbbüsçüsü barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 2-ci maddəsinin 213-cü hissəsi ilə (silah işlətməklə törədilən xuliqanlıq) cinayət işi açılıb. Pepperoni pizza

Atəşə görə Şaxtaçılar küçəsi 62-də  yerləşən "Luç" bazarının direktoru həbs edilib. Məlumata görə, onun adı Akif Şıxəliyevdir.

Bazar işçiləri jurnalistlərlə deyiblər ki, ola bilsin, münaqişə pul üstündə baş verib: ""Luç"a Azərbaycandan, tərəvəz və meyvələrin ucuz satıldığı "Cənub" bazasına isə Tacikistandan olan bir nəfər rəhbərlik edir. Onların bir-birilərindən xoşları gəlmir”. / Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!