Rusiyada koronavirusdan daha beş nəfər vəfat edib.
Yenisabah.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Moskvadakı koronavirusla əlaqədar yaradılmış operativ qərargahdan məlumat verilib.
“Moskvada pnevmoniya və koronavirus nəticəsi müsbət olan beş xəstə öldü. Koronavirusdan ölən həmin şəxslər 61-74 yaşları arasındadır və paralel olaraq digər xəstəliklərdən də əziyyət çəkiblər”, - məlumatda belə deyilir. Sezar pizza
Rusiyada 31 mart tarixinədək 2337 nəfərdə koronavirus infeksiyası qeydə alınıb, 121 nəfər sağalıb. Ölkə üzrə ən çox yoluxma halları Moskvada(1613 hal) baş verib.
Qeyd edək ki, Operativ qərargahın məlumatına görə, indiyədək 17 nəfər koronavirusdan ölüb.
Telegram kanalımız