Rusiyada DƏHŞƏT: 17 nəfəri döyüb fermada qul kimi işlətdilər

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada DƏHŞƏT: 17 nəfəri döyüb fermada qul kimi işlətdilər

Dünya

21 Sentyabr 2025 09:31 7221


Rusiya İstintaq Komitəsi Rostov vilayətində 17 nəfərin məcburi şəkildə qul kimi işlədilməsi ilə bağlı KİV və sosial şəbəkələrdə yayılan məlumatı yoxlayır. 

Yenisabah.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Bildirilib ki, "bir neçə nəfər, o cümlədən qeyri-slavyan görünüşlü şəxslər bir evdə 17 nəfəri yerləşdiriblər. Onların arasında yaşlılar və asоsial həyat tərzi keçirənlər də olub. Sonradan həmin şəxslər insanları məcburi şəkildə işləməyə, o cümlədən kənd təsərrüfatı işlərinə cəlb ediblər". pizza sifarişi

İddiaya görə, intizama əməl etməyənlər, tapşırıqları yerinə yetirməyənlər və qaçmağa cəhd edənlər fiziki zorakılığa məruz qalıb.

Məlumata görə, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin məsələni şəxsi nəzarətinə götürüb. (musavat.com)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!