Rusiyada dollar alanlardan 30% komissiya tutulacaq

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada dollar alanlardan 30% komissiya tutulacaq

İqtisadiyyat

03 Mart 2022 09:45 530


Rusiya Bankı (Mərkəzi Bank) brokerlərə bu gündən etibarən birjadan dollar, avro və funt sterlinq alan fiziki şəxslərdən əqdin dəyərinin 30 %-i qədər komissiya tutmaq barədə təlimat verib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı bazar iştirakçıları yayıb.

Komissiyanın tətbiqində məqsəd banklar və brokerlər arasındakı rəqabət şəraitini bərabərləşdirməkdir. Belə ki, banklar alış və satış məzənnələri arasında spreddən istifadə etmək imkanına malikdirlər. pizza hut

Xatırladaq ki, Rusiyaya qarşı ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar fonunda Ruisya Bankı kompleks tədbirlər həyata keçirib, o cümlədən uçot dərəcəsini kəskin artıraraq 9,5%-dən 20%-ə çatdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!