Rusiyada erməniəsilli bloqerin həbs müddəti uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada erməniəsilli bloqerin həbs müddəti uzadıldı

Dünya

03 Sentyabr 2025 22:46 219


Moskvanın Taqanski Rayon Məhkəməsi istintaqın vəsatətini təmin edib və Vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə ittiham olunan erməniəsilli bloqer Arsen Markaryanın həbs müddətini noyabrın 9-dək uzadıb.

Oxu.Az bu barədə TASS-a istinadla xəbər verir.

Təqsirləndirilən şəxs özü məhkəmədə bildirib ki, saxlanılan zaman avtomobilin yük yerində gizlənməyib, sərnişin oturacağında əyləşib. pizza mizza

O əlavə edib ki, axtarışda olması barədə ona heç bir məlumat verilməyib və xaricə getməyi planlaşdırmayıb.

Xatırladaq ki, avqustun 25-də Moskvanın Taqanski Rayon Məhkəməsi Markaryanı Vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə ittiham edərək həbs edib. Bu maddəyə əsasən, onu beş ilə qədər həbs gözləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!