Rusiyada gərgin gecə: Penzadan Leninqrada qədər   dron hücumları

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada gərgin gecə: Penzadan Leninqrada qədər dron hücumları

Dünya

06 Yanvar 2026 08:51 388


Gecə saatlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın bir neçə regionunda hədəflərə zərbələr endirdiyi bildirilir.

"Yeni Sabah" xəbər verir ki, RBC-Ukraina-nın məlumatına görə, hücumlar Penza şəhəri, Lipetsk vilayətinin Usman yaşayış məntəqəsi, Leninqrad vilayəti, eləcə də digər bölgələri əhatə edib.

SHOT Telegram kanalı Penzada gecə ərzində ardıcıl partlayış səslərinin eşidildiyini yazıb. Sonradan zərbənin Rusiyanın iri dərman istehsalçılarından olan “Biosintez” ASC-yə məxsus sənaye obyektinə endirildiyi barədə məlumat yayılıb. pizza

Usman şəhərində yerləşən neft emalı müəssisəsinin dron hücumundan sonra alovlandığı qeyd olunur. Leninqrad vilayətində isə zərərsizləşdirildiyi iddia edilən pilotsuz aparatın Berejki kəndi yaxınlığında kompressor stansiyasının ərazisinə düşdüyü bildirilir.

Eyni zamanda Sterlitamak və Tver şəhərlərində hava təhlükəsi siqnalı verilib, yerli sakinlər partlayış səsləri eşitdiklərini bildiriblər.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!