Rusiyada güclü zəlzələ oldu

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada güclü zəlzələ oldu

Dünya

02 İyul 2025 14:44 3094


Rusiyanın Kamçatka yarımadasında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Seysmoloqlar bildiriblər ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 51 km məsafədə, Avaça körfəzi ərazisində yerləşib. Yeraltı təkanların hiposentri isə 88 km-dən çox dərinlikdə olub. Dördpendirli pizza

Xilasetmə xidmətlərinin verdiyi məlumata görə, yeraltı təkanlar şəhərin bəzi ərazilərində 3 bala qədər hiss olunub.

İlkin məlumatlara əsasən, ölən və yaralanan yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!