Rusiyada güllələnən azərbaycanlının   qanını batırmaq istəyirlər

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada güllələnən azərbaycanlının qanını batırmaq istəyirlər

Kriminal

02 İyun 2021 15:20 2138


Novosibirsk sakinləri, 19 yaşlı azərbaycanlı Vəkil Abdullaevi başından vuraraq öldürən yol polisi müfəttişi Aleksandr Qusevin həbsdən azad edilməsini istəyən bir petisiya hazırlayıblar.

Yenisabah.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, bu müraciət Novosibirsk prokurorluğunun saytında yayılıb. 

“Biz, Novosibirsk şəhərinin vətəndaşları, Novosibirsk şəhərinin dövlət yol müfəttişliyinin əməkdaşı Alexander Qusevin sərbəst buraxılmasını tələb edirik. Eyni zamanda yol polisi əməkdaşına müqavimət göstərdiyinə görə sürücü və sərnişinin məsuliyyətə cəlb edilməsi üçün hərtərəfli bir araşdırma tələb edirik”, - petisiyada vurğulanır. Toyuqlu pizza

Vəkil Abdullayev mayın 28-də başından güllələnib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. (Lent.az)

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!