Rusiyada helikopter qəzası: Ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada helikopter qəzası: Ölənlər var

Dünya

26 May 2020 08:19 785


Rusiyada helikopter sərt eniş edib.  Məlumata görə, hadisə Çukotka Muxtar Dairəsindəki hava limanında qeydə alınıb. Mi-8 helikopterinin sərt eniş etməsi nəticəsində bir neçə nəfər həlak olub. (TASS)

"Dörd nəfər həlak olub. İlkin məlumata görə, helikopterin düşməsinə texniki nasazlıqlar səbəb oldu", - müsahib agentliyə deyib.

Çukotkanın Anadır rayonunun başçısı Sergey Savçenkonun məlumatına görə, fövqəladə hadisə təmirdən sonra keçirilən sınaqlar zamanı baş verib. Helikopter yerə düşəndən sonra yanıb. Sezar pizza

RİA "Novosti" isə bildirib ki, helikopterin "qara qutu"ları qəza yerində tapılıb. 

Qeyd edək ki, bu, son günlər Rusiyada baş verən ikinci helikopter qəzasıdır. Mayın 19-da Rusiya Kosmik Hava Qüvvələrinə məxsus Mi-8 hərbi helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!