Rusiyada helikopter qəzaya uğradı, ekipaj üzvləri öldü

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada helikopter qəzaya uğradı, ekipaj üzvləri öldü

Dünya

18 Mart 2025 21:46 287


Rusiyanın Leninqrad vilayətində Mi-28 helikopteri qəzaya uğrayıb, ekipaj ölüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Quruma görə, hadisə yerinə axtarış-xilasetmə qrupu gəlib. Toyuqlu pizza

“18 mart 2025-ci il tarixində Leninqrad vilayəti ərazisi üzərindəki hava məkanında planlı təlim-məşq uçuşu zamanı Mi-28 helikopteri qəzaya uğrayıb. Hava gəmisi yaşayış məntəqələrindən uzaq, əhalinin olmadığı əraziyə düşüb. Ekipaj həlak olub”, – Müdafiə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, “uçuş döyüş sursatı olmadan həyata keçirilib”.

“Hadisə yerinə axtarış-xilasetmə qrupu gəlib. Qəza yerinə Hava-Kosmik Qüvvələrin komissiyası yola düşüb”, – Rusiya Müdafiə Nazirliyi vurğulayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!