Rusiyanın İrkutsk vilayətində Baykal gölündə iki gəmi toqquşub.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralananlardan biri xəstəxanaya yerləşdirilib, digər zərərçəkənə isə hadisə yerində tibbi yardım göstərilib. pizza mizza
Qəza Listvyanka kəndi yaxınlığında baş verib. Su hərəkəti təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb.
Telegram kanalımız