Rusiyada mobil internetin kəsilməsi artıq daha tez-tez baş verəcək.
"Yeni Sabah" xəbər verir ki, yerli mütəxəssislər bunu milli təhlükəsizliklə əlaqələndirirlər.
İT-ekspert Denis Kuskov bildirib ki, internet məhdudiyyətləri adətən xəbərdarlıq edilmədən tətbiq olunur və bu, operatorların deyil, yuxarı instansiyaların göstərişidir. Onun sözlərinə görə, operatorların istifadəçilərə öncədən SMS göndərməsi qanunvericiliklə tənzimlənmədiyi üçün hazırda belə bir öhdəlik yoxdur. Sezar pizza
Kuskov əlavə edib ki, PUA hücumları fonunda vəziyyət ciddi olduğu üçün bu addımlar səbəbsiz deyil və gələcəkdə həm söndürülmələrin sayı, həm də müddəti arta bilər. Hazırda isə bütün ölkə üzrə deyil, yalnız strateji obyektlərin yaxınlığında — məsələn, Ulyanovsk vilayətində — məhdudiyyətlər tətbiq olunur.
İT-analitik Eldar Murtazin də qeyd edib ki, operatorlar belə söndürmələr barədə açıqlama verməyə məcbur deyillər, çünki məsələ milli təhlükəsizliklə bağlıdır. Onun sözlərinə görə, mobil internetin olmaması düşmənin naviqasiya imkanlarını məhdudlaşdırır və vacib obyektlərin müdafiəsini gücləndirir. Bu cür tədbirlər Sibirin bəzi bölgələrində də tətbiq olunur.
Telegram kanalımız