Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ

Siyasət

26 Sentyabr 2024 21:22 825


Rusiya əcnəbilərə rus dili biliyinə dair tələbləri sərtləşdirir. Belə ki, rus dilini bilməyən əcnəbilərə miqrasiya statusu və ya vətəndaşlıq verilməyəcək.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya DİN-in nümayəndəsi İrina Volk özünün "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, Rusiya Daxili İşlər Nazirliyi miqrasiya statusu və ya Rusiya vətəndaşlığı almaq istəyən əcnəbi vətəndaşlar arasında rus dilinin bilinməsinə nəzarəti gücləndirir. Daxili işlər orqanları müntəzəm olaraq rus dilini bildiklərinə dair sənədləri olan, lakin əslində onu bilməyən xariciləri aşkar edirlər. Bundan sonra dil sertifikatları verən imtahan təşkilatçılarından ibarət cinayətkar qrupların fəaliyyətinin araşdırılmasına başlanılır. Toyuqlu pizza

O, həmçinin bildirib ki, Rusiya DİN xaricilər üçün saxta rus dili imtahanları keçirən mütəşəkkil qruplar və ayrı-ayrı şəxslərlə fəal mübarizə aparır. Aşkar edilmiş pozuntular barədə məlumatlar müvafiq tədbirlərin görülməsi üçün "Rospotrebnadzor"a (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) göndərilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!