Rusiyada Kirkorovun şirkəti bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada Kirkorovun şirkəti bağlandı

Dünya

07 Dekabr 2025 23:03 876


Rusiya Federal Vergi Xidməti müğənni Filip Kirkorova məxsus şirkətlərdən birini bağlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "RİA Novosti" hüquqi sənədlərə istinadən məlumat yayıb.

Söhbət 2019-cu ilin avqust ayında Moskva vilayətinin Krasnoqorsk şəhərində qeydiyyatdan keçmiş "Filip Kirkorov Korporeyşn"dan gedir. pizza

Jurnalistlərin məlumatına görə, sentyabr ayında bu hüquqi şəxs haqqında məlumat Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarılıb.

Sənədlərdə həmçinin şirkətin bank hesablarının dondurulduğu göstərilir. Qərar şirkətin vergi bəyannaməsini vaxtında təqdim etməməsi ilə izah edilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!