Rusiyanın Sankt-Peterburq şəhərində xəstəxanalardan birində yanğın baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə nəticəsində reanimasiya şöbəsində müalicə alan 5 xəstə yanaraq həyatını itirib.
Rus xəbər agentliyinin yaydığı məlumata görə, yanğın süni nəfəs aparatından yaranan qısa qapanmadan meydana gəlib. Sezar pizza
Fövqəladə Hallar Nazirliyi məsələ ilə bağlı açıqlama verərək yanğının nəzarətə alındığını və 150 nəfərin xəstəxanadan təxliyə edildiyini diqqətə çatdırıb.
Hadisə nəticəsində neçə nəfərin yaralandığı hələlik məlum deyil.
Qeyd edək ki, həmin xəstəxanada müalicə alanrların çoxu ağır koronavirus xəstələri olub.
Telegram kanalımız