Rusiyada gündəlik qeydə alınan koronavirus faktı 15 982 nəfərə çatıb.
Yenisabah.az xəbər verir ki, bu günədək ölkədə 1 415 316 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 1 075 904 xəstə sağalıb, 315 046 nəfər isə hələ də aktiv virus daşıyıcısıdır.
Ölənlərin sayı isə 179 nəfər artaraq 24 366-ya yüksəlib. pizza
Qeyd edək ki, Rusiyada indiyədək tətbiq olunan koronavirus testinin sayı 54,3 milyondur.
Telegram kanalımız