Rusiyada koronavirusla bağlı son rəqəmlər açıqlanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Koronavirusun yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahından bildirilib.
Məlumata görə, son sutka ərzində koronavirusa 14 723 yeni yoluxma halı qeydə alınıb. Bununla da yoluxanların sayı 5 208 687 nəfərə çatıb. pizza
Rusiyada son bir gündə 357 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 126 430 nəfərdir. İndiyədək 4 801 335 xəstə sağalıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.
Telegram kanalımız