Rusiyada koronavirus infeksiyasını müalicə edən dərman preparatı hazırlanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Federal Tibbi Bioloji Agentlik məlumat yayıb.
Məlumatda bildirilib ki, agentlik koronavirus infeksiyasının müalicəsi üçün malyariya əleyhinə olan mefloxin preparatı əsasında yaradılan preparatı təqdim edib. Farmzaşita elmi istehsalat mərkəzi tərəfindən preparatın hazırlanmasında Çin və Fransanın təcrübəsindən istifadə olunub . Dominos pizza
Agentlik rəhbəri, Rusiyanın keçmiş Səhiyyə naziri Veronika Skvartsova yeni preparatın koronavirus infeksiyasının təsir effektini blokladığını söyləyib. /APA
Telegram kanalımız