Rusiyada mağaranı ziyarət edən 10 nəfərlik turist qrupu ilə əlaqə tamamilə kəsildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada mağaranı ziyarət edən 10 nəfərlik turist qrupu ilə əlaqə tamamilə kəsildi

Hadisə

18 Dekabr 2020 00:16 875


Moskvanın Qorki Leninskie kəndi yaxınlığında yerləşən Syan mağaralarını səhər saatlarında ziyarət edən 10 nəfərdən ibarət turist qrupu ilə əlaqə tamamilə kəsilib.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Təcili Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qrup təxminən saat 11-də Domodedovo şəhər dairəsindəki sözügedən mağaraya daxil olublar: “Qrupdakıların 8 nəfəri 9-12 yaş arasındadır. Təlimatçı uşaqları bir yaşlı şəxslə birlikdə mağaranı gəzməyə göndərib, özü isə çıxışda gözləyib. Saat 19:00-da mağaradan çıxmalı idilər. Onların azdığı güman edilir”. Marqarita pizza

Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi faktı təsdiqləyib. 

Qeyd edək ki, Syan mağarası silsilə şəklində sünü yaradılıb. Uzunluğu təxminən 20 km-dir.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!