Rusiyada naməlum virus yayılır

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada naməlum virus yayılır

Dünya

30 Mart 2025 10:16 273


Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor") ölkədə naməlum virusa yoluxma halları ilə bağlı yayılan məlumatları nəzarətə götürüb.

Yenisabah.az  xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, sosial şəbəkələrdə yayılan bütün son məlumatlar araşdırılır və hazırda virusla bağlı vəziyyət nəzarət altındadır. Dördpendirli pizza

Məlumata görə, xəstəlik əvvəlcə ağrı və halsızlıqla başlayır. Lakin bir neçə gün sonra şiddətli zəiflik, yüksək hərarət və qanlı öskürək ilə müşayiət olunur. Eyni zamanda, COVID-19 və A, B qripi testləri mənfi nəticə verir.

Mütəxəssislər bu xəstəliyin mikoplazma pnevmoniyası ola biləcəyini ehtimal edirlər./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!