Rusiyada Njde haqqında filmin nümayişi dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada Njde haqqında filmin nümayişi dayandırıldı

Rəsmi

28 Yanvar 2022 21:42 836


Rusiyanın paytaxtı Moskvada erməni faşist Qaregin Njde haqqında çəkilən filmin nümayişi dayandırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Regnum” agentliyi məlumat yayıb.

Bildirilib ki, filmin nümayiş edildiyi məkana polis gəlib və seans dayandırılıb. Sezar pizza

Polis nümayəndələri 354.1 (nasizmin reabilitasiyası) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinin yolverilməzliyi ilə bağlı prokurorun təqdimatını oxuyub və filmə tamaşa etməyə gələnləri dağıdıblar.

Xatırladaq ki, Rusiya veteranları Rusiya Erməniləri İttifaqının faşist Qaregin Njde haqqında film nümayiş etdirməklə Ermənistan ordusunun gününü qeyd etmək təşəbbüsünə qarşı çıxıblar./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!