Koronavirus pandemiyası üzündən Krım, Orenburq və Lipetsk vilayətlərində pivə satışına qadağa qoyulub.
Yenisabah.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb. Pivə ticarəti birliyinin üzvləri bildiriblər ki, bütövlükdə Rusiya Federasiyası ərazısındəki pivə mağazalarının sahiblərinə obyektləri qapatmaq üçün təzyiq edilir.
Bu qadağa əvvəlcə Krımda tətbiq edilib. Daha sonra Orenburq və Lipetsk vilayətində də oxşar addım atılıb. Bildirilir ki, qadağalar yerli hakimiyyətlər tərəfindən tətbiq edilir.
Rusiya Federasiyasi Sənaye və Ticarət Nazirliyi isə aprel ayında pivə satışının məhdudlaşdırılmamasını tövsiyə edib. Nazir Denis Manturov deyib ki, spirtli içkilərlə bağlı qadağalar bazarda qanunsuz məhsulların payının artmasına və sosial gərginliyə səbəb ola bilər. Bununla belə, o, yerli hakimiyyətlərin koronavirus pandemiyasına qarşı mübarizədə əlavə tədbirlər görmək səlahiyyətinə malik olduğunu bildirib. Dominos pizza
Bu arada qeyd edək ki, karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar Rusiya Federasiyasının subyektləri olan Yakutiya və Tuva respublikalarında ümumiyyətlə spirtli içkilərin satışına qadağa qoyulmuşdu. Laki Sənaye və Ticarət Nazirliyinin tövsiyəsi ilə bu qadağa aradan qaldırıldı. Bununla belə, Leninqrad vilayəti və Kareliya Respublikası kimi bəzi yerlərdə spirtli içki satışının müddəti azaldılıb.
Telegram kanalımız