Rusiyada polisə miqrantların evlərinə maneəsiz daxil olacaq

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada polisə miqrantların evlərinə maneəsiz daxil olacaq

Dünya

02 Yanvar 2025 09:57 436


Rusiyada polis əməkdaşları dövlət nəzarəti çərçivəsində belə əcnəbilərin faktiki yaşadığı mənzil və digər yerlərə maneəsiz daxil olmaq hüququ əldə edəcəklər.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, müvafiq normalar martın 5-də qüvvəyə minəcək qanunda təsbit edilib.

Həmçinin, polis əməkdaşları Rusiya dövlət orqanlarından və xarici dövlətlərin hakimiyyət orqanlarından dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan məlumat və sənədləri, o cümlədən kommersiya, bank, vergi və qanunla qorunan digər sirləri tələb edə, həmçinin banklardan deportasiya rejimində olan əcnəbinin bank hesablarının mövcudluğu və nömrələri, bu hesablar üzrə pul vəsaitlərinin hərəkəti barədə məlumat ala biləcəklər. Dördpendirli pizza

Daxili İşlər Nazirliyinin əməkdaşları martın 5-dən etibarən bu rejimdə olan əcnəbi vətəndaşlar üzərində texniki vasitələrdən istifadə etməklə müşahidə apara biləcəklər. Bu norma həmçinin belə əcnəbilərə “Rusiya ərazisində qalmaqda yardım edən” fiziki və hüquqi şəxslərə də aiddir.

Polis mobil cihazların və geolokasiya məlumatlarından, ödəniş sistemlərindən, üztanıma sistemində işləyən məlumatlardan istifadə etmək hüququna malik olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!