Putin 149 mindən çox şəxsi heyəti ayağa qaldırdı –   Qəfil yoxlama

saytların hazırlanması

Evə çatdırılma

Putin 149 mindən çox şəxsi heyəti ayağa qaldırdı – Qəfil yoxlama

Dünya

17 İyul 2020 13:04 1499


Rusiya Federasiyası Cənub və Qərb hərbi dairələrinin qəfil yoxlanılmasına başlanılıb.

Yenisabah.az Rusiya KİV-inə istinadən xəbər verir ki, yoxlamaya bu ölkənin Prezidenti Vladimir Putinin göstərişilə start verilib. 

Rusiya Federasiyası Müdafə naziri Sergey Şoyqu bildirib ki, qoşunların ölkənin cənub-qərbində təhlükəsizliyin təmin olunması qabiliyyəti və sentyabrda keçiriləcək “Qafqaz-2020” təlimlərinə hazırlıq səviyyəsinin qiymətləndirilməsi planlaşdırılır. pizza mizza

Onun sözlərinə görə, bunun məqsədlə 149 755 nəfər şəxsi heyət və 26 820 silah, 414 uçuş aparatı və 106 hərbi gəmi cəlb olunub. Müdafə naziri əlavə edib ki, yoxlama zamanı qoşunlarla taktiki səviyyədə 56 təlimin keçirilməsinə baxılacaq. Bunlar 35 poliqon və təlim meydançaları, Qara və Xəzər dənizləri akvatoriyasının 17 dəniz poliqonunda olacaq.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!