Rusiyada qərar verildi: Azərbaycanla sərhəddə...

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada qərar verildi: Azərbaycanla sərhəddə...

Rəsmi

10 Noyabr 2022 08:05 2533


Azərbaycanla sərhəddə yerləşən Yaraq-Kazmalyar keçid məntəqəsində Rusiyaya gedən iritonnajlı yük maşınlarının çoxluğu ilə əlaqədar olaraq hərəkət sxemi dəyişdirilib.

Bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Azərbaycandan Rusiyaya gedən yük avtomobillərinin sayının artması ilə əlaqədar noyabrın 17-nə kimi Yaraq-Kazmalyar avtomobil buraxılış məntəqəsində müvəqqəti olaraq hərəkət qrafiki dəyişdirilib”, - məlumatda deyilir. pizza sifarişi

Yük daşımaları üçün bütün altı zolaq avtomobillərin Rusiyaya daxil olması üçün istifadə olunur.

"Yük avtomobillərinin Rusiya ərazisindən Azərbaycana çıxışı üçün qonşu Tagirkent-Kazmalyar keçid məntəqəsindən istifadə etmək tövsiyə olunur. Tağırkənt-Kazmalyarda yük avtomobillərinin qeydiyyatı giriş üçün iki, çıxış üçün iki hərəkət zolağında aparılır", - Nazirliyin mətbuat xidməti əlavə edib.

Yaraq-Kazmalyar Şimal-Cənub nəqliyyat dəhlizinin sərhədindən əsas avtomobil keçidlərindən biridir. Sərhəd keçid məntəqəsi Azərbaycan, İran, Hindistana tranzit, malların ixracı və idxalının təmin edilməsində strateji əhəmiyyətə malikdir. ("Report")


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!