Rusiyada qubernator bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada qubernator bıçaqlandı

Hadisə

05 Aprel 2024 00:49 881


Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis Apatitı şəhərində keçirilən görüşdən sonra bıçaqlanıb. Region başçısı xəstəxanaya yerləşdirilib, hücum edən şəxs saxlanılıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə region rəhbərinin mətbuat xidmətindən bildirilib.

“Silahlı hücum olub, nəticədə o, qarnından bıçaqlanıb. Hücum edən şəxs saxlanılıb”, - deyə məlumatda qeyd olunub. pizza mizza

Bildirilib ki, insident şəhər sakinləri ilə görüşdən sonra mədəniyyət mərkəzindən çıxarkən baş verib.

“İndi qubernator əməliyyat otağındadır”, - deyə əlavə edilib. Diqqətə çatdırılıb ki, qubernator huşunu itirməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!