Rusiya gündəlik yoluxma sayına görə rekord həddə çatıb.
Yenisabah.az xəbər verir ki, sutka ərzində 8 945 nəfərin virus daşıyıcısı olduğu müəyyənləşib.
Rusiyanın koronavirus infeksiyasına nəzarət və profilaktika mərkəzinin yaydığı məlumata görə, bu, Rusiyada 12 iyundan bəri qeydə alınan ən yüksək göstəricidir. Beləliklə, ümumi yoluxma sayı 1 185 231 nəfərə çatıb. Dördpendirli pizza
Ölənlərin sayı isə 169 nəfər artaraq 20 891 nəfər olub.
Bildirək ki, bu günədək 964 242 xəstə virusa qalib gəlib. Son gün ərzində sağlayanların sayı isə 5 985-dir. Hazırda ölkədə 200 098 aktiv virus daşıyıcısı var.
Telegram kanalımız